Azərbaycan millisi UEFA Millətlər Liqası ilk oyununda Bakıda İsveçlə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, görüşdən öncə oyunun favoriti açıqlanıb. Futbol mütəxəssisləri İsveç yığmasını millimiz qarşısında aşkar favorit görüb.
Belə ki, Azərbaycan komandasının qələbəsinə 6,08 əmsal təyin edilibsə, İsveçdə bu rəqəm 1,61-dir. Matçın heç-heçə bitmə ehtimalı isə 4,29 olaraq dəyərləndirilib.
Xatırladaq ki, Azərbaycan – İsveç oyunu sentyabrın 5-də, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüş saat 20:00-da start götürəcək.