Kateqoriyasız

Millimizin futbolçusu Türkiyədə klubunu dəyişdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Məhəmməd Mustafa Yıldırım Türkiyədə klubunu dəyişib.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı hücumçu “İstanbulspor”dan ayrılaraq “Çorum” komandasına keçib. O, yeni klubu ilə 2,5 illik müqavilə imzalanıb. Yıldırım mövsümün ikinci yarısında komandanın formasını geyinəcək.

Qeyd edək ki, Mustafa Yıldırım 2020-ci ildən Azərbaycanın U-21 yığmasında çıxış edir. Oyunçu ötən ay İstanbul təmsilçisinə 1 milyon lirə təzminat ödəyərək klubdan ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43