Kateqoriyasız

Azərbaycan millisinin sabiq qapıçısı UEFA-nın komitəsinə üzv seçilib

AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə UEFA-nın Gənclər və Həvəskar Futbol Komitəsinin həqiqi üzvü seçilib.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı qərar həmin komitənin iclasında verilib.

Qeyd edək ki, Cahangir Həsənzadə 2020-ci ildə AFFA-nın Texniki direktorudur. Azərbaycan yığmasının sabiq qapıçısı karyerasında “Qarabağ”, “Neftçi”, “Xəzər Lənkəran” və “Qəbələ” kimi klubların formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43