Kateqoriyasız

Azərbaycan – Monteneqro matçının hakimləri bilindi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro yığmasına qarşı keçiriləcək oyununu idarə edəcək hakimlər müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, noyabrın 30-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Monteneqro qarşılaşmasını Albaniyadan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Emanuela Rusta

Baş hakimin köməkçiləri: Erinda Kume, Miryeta Salla

Dördüncü hakim: Soada Tuşay


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43