Kateqoriyasız

Azərbaycan – Monteneqro oyununda rusiyalı hakimlər

Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan – Monteneqro oyununun hakim təyinatları açıqlanıb.

Qarşılaşma rusiyalı hakimlərə tapşırılıb. Oyunu Sergey İvanov idarə edəcək. Ona yan xətlərdə Roman Usaçev və Valeri Dençenko köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kirill Levnikov yerinə yetirəcək.

Noyabrın 14-də Xorvatiyada “İvan Lalyak-İviç” stadionunda keçiriləcək Azərbaycan – Monteneqro görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43