Kateqoriyasız

Azərbaycan Premyer Liqası: azarkeşlərə icazə verilir!

Bu gün Azərbaycan Premyer Liqasında 2021/21 mövsümünə start verilir.

İdmanxeber.az “FutbolPress”ə istinadən xəbər verir ki, yeni mövsümdən tribunalara azarkeşlər buraxılacaq. Klublarımızın avrokubok oyunlarında olduğu kimi, çempionat matçlarına da stadionlarda ümumi tutumun 50 faizi qədər izləyici olmasına icazə veriləcək. Nazirlər Kabineti yanında Operativ Qərargah məsələ ilə bağlı müraciəti müsbət cavablandırıb.

Bununla bağlı rəsmi açıqlama gün ərzndə verilməlidi.

Koronavirus pandemiyasına görə 2019/20 mövsümünün ikinci yarısından Azərbaycanda futbol matçları azarkeşsiz keçirilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43