Millətlər Liqasının VI turu çərçivəsində keçiriləcək Azərbaycan – Qazaxıstan görüşünün əmsalları açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, bukmeker kontorları yığmamızı görüşün favoriti sayır. Belə ki, Bakıda keçiriləcək görüşdə ev sahibi komandanın qələbəsinə 2,25, qonaqların qalibiyyətinə isə 3,30 əmsal təyin edilib.
Qarşılaşmada heç-heçəyə 3,10 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.