30 Dekabr 2024
Kateqoriyasız

Azərbaycan şahmatçısı FIDE turnirlərində iştirakdan imtina etdi

Azərbaycan şahmatçısı Rauf Məmmədov FIDE bayrağı altında yarışlarda iştirakdan imtina edib.

İdmanxeber.az xəbər verir ki, 34 yaşlı qrossmeyster bu addımı Ukraynada baş verən hadisələr üzündən atıb. Məmmədov bununla bağlı feysbuk hesabında paylaşım edib:

“Söz verirəm ki, FIDE prezidentinin rusiyayönlü adam olduğundan müharibə müddətində qurumun turnirlərində oynamayacağam. Ukraynaya eşq olsun!”.

Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır. FİDE prezidenti isə rusiyalı Arkadi Dvarkoviçdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43