Kateqoriyasız

Azərbaycan – Serbiya matçının hakimləri bəlli oldu

DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək Azərbaycan – Serbiya matçının hakimləri açıqlanıb.

İdmanxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Roy Reynşreyber olacaq. Ona yan xətt hakimləri David Biton və Saqi Metzamber kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə David Fuxman yerinə yetirəcək.

Martın 30-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Serbiya matçı saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43