25 Oktyabr 2024
Ölkə futbolu

Azərbaycan UEFA reytinq cədvəlində gerilədi

Avrokubok oyunlarının ardından UEFA reytinq cədvəlində dəyişikliklər olub.

İdmanxeber.az-ın məlumatına görə, yenilən siyahıda Azərbaycan geriləyib. 26-cı pilləyə düşən ölkəmizin aktivində 18,875 xalı var. 25-ci sıradakı Kipr isə 18,975 xala sahibdir.

Dünənki görüşlərdən sonra yalnız “Zirə” aktivimizə 0,125 xal yazdırıb.

Reytinqə 89,160 xalla İngiltərə başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43