Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Uels matçının hakim təyinatları müəyyənləşib.
İdmanxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü almaniyalı hakimlər briqadası idarə edəcək.
Dəniz Aytəkin matçın baş hakimi olacaq. Ona Eduard Beytinger və Rafael Foltin köməklik göstərəcək. 4-cü hakim funksiyasını Kristian Dinqert yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 16-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Uels matçı saat 21:00-da başlayacaq.