Kateqoriyasız

“Azərbaycan üzərində mütləq qələbə qazanmalıyıq”

“Milli üçün oynamaq, komandama kömək etmək istəyirəm. Düşünürəm ki, klubumda yaxşı çıxış etsəm, yığmaya da çağırılaram. Milli karyeramı bitirmək hələ müzakirə mövzusu deyil. Çünki seçmə mərhələ davam edir. Yalnız qrupdakı matçlar bitdikdən sonra bununla bağlı fikir bildirmək olar. Zamanı gələndə bu barədə ailəmlə, məşqçimlə söhbətim olacaq”.

İdmanxeber.az-ın məlumatına görə, bunu Uels yığmasının müdafiəçisi Eşli Uilyams deyib.

35 yaşlı futbolçu yığmasının AVRO-2020-nin gələn ay keçiriləcək son iki görüşlə bağlı fikirlərini də bölüşüb: “Qarşıda iki vacib oyunumuz var, bütün diqqətimi həmin görüşlərə yönəltmişəm. Son 4 matçın çoxunda qələbə qazanmalı idik. Slovakiya və Xorvatiyaya qarşı yaxşı çıxış etsək də, heç-heçə ilə kifayətlənməli olduq. İndi Azərbaycan və Macarıstan üzərində mütləq qələbə qazanmalıyıq. Xüsusən də, Azərbaycana qarşı çətin oyun olacaq. Macarlarla evdə qarşılaşacağıq”.

Qeyd edək ki, Azərbaycan – Uels oyunu noyabrın 16-da keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43