Azərbaycan və Gürcüstan Qolf Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb.
İdmanxeber.az-ın məlumata görə, imzalama mərasimi hər iki federasiya prezidentinin iştirakı ilə baş tutub.
Qolf sahəsində əməkdaşlığın və irəliləyişin təşviqinə yönəlmiş memorandumun əsas məqsədi idmanın müxtəlif istiqamətləri üzrə təcrübə və bilik mübadiləsini asanlaşdırmaqdır.
Əməkdaşlığın perspektivləri ilə bağlı danışan Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov bunun ölkəmizdə sözügedən idman növünü inkişaf etdirmək üçün irəliyə doğru atılmış mühüm addım olduğunu söyləyib.
Gürcüstan Qolf Federasiyasının prezidenti Zaza Mikadze qarşılıqlı hörmət ruhunu inkişaf etdirərək, regionda bu idmanın standartlarını yüksəltməyi qarşıya məqsəd qoyduqlarını vurğulayıb.
Qeyd edək ki, imzalanma mərasimində Azərbaycan Qolf Federasiyasının vitse-prezidenti Anar Əzimov, baş katib Leyla Abbasova, Gürcüstan Qolf Federasiyasının vitse-prezidenti Andro Şilakadze və baş katibi Mişa Dzadzamia da iştirak ediblər.