Kateqoriyasız

“Azərbaycan vətəndaşlığını qəbul etdim və bunun üçün pul almadım” – Riçard Almeyda

“Artıq demək olar hər yeri açıblar. Restoranlar, banklar kimi qapalı yerlərdə məsafə saxlamalıyıq. Yoluxanların sayı 700 civarındadır. Bu, 10 milyon əhalisi olan bir ölkə üçün yaxşıdır. Virusla bağlı yaranmış vəziyyəti idarə etməyi bacarırlar.”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nın üzvü Riçard Almeyda deyib

Portuqaliya mətbuatına danışan futbolçu daha sonra 2012-ci ildə “Qarabağ”a keçidi ilə bağlı da danışıb:

“Menecerim portuqaliyalı Xose Kaldeyra olanda Polşa “Legiya”sından təklif almışdım. O, indi başqası ilə çalışır. “Legiya” 2-3 illik müqavilə təklif etmişdi. Braziliyaya tətilə getmişdim. Daha sonra yatdım və növbəti gün oyananda Azərbaycandan, “Qarabağ” klubundan təklif gəldi, fikrimizi dəyişdik. O vaxt “Qarabağ”ı çox tanımırdılar. Mən buraya gələndə komanda orta sıraları tuturdu. Allaha şükür edirəm ki, buraya gəlmək imkanım oldu”.

Riçard Almeyda Azərbaycan vətəndaşlığını qəbul etməsi qarşılığında pul almadığını bildirib:

“Azərbaycan vətəndaşlığını qəbul etdim və bunun üçün pul almadım. Çünki yığmada oynamağı ürəkdən istəyirdim və beynəlxalq matçlarda ölkəni təmsil etdim”.

Almeyda 2012-2018-ci illərdə və 2019-cu ildə “Qarabağ”ın formasını geyinib. Azərbaycan yığmasında 22 oyun keçirən yarımmüdafiəçi, 2020-ci ilin oktyabrında “Zirə” ilə müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43