22 Oktyabr 2024
Kateqoriyasız

Azərbaycan yığması Gürcüstana yollandı

17 yaşadək (U-17) oğlan voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gürcüstana yola düşüb.

İdmanxeber.az xəbər verir ki, dekabrın 2-6-da Gürcüstanın Qori şəhərində 17 yaşadək oğlan voleybolçular arasında keçiriləcək Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında mübarizə aparacaq Cəlil Baxtiozinin rəhbərlik etdiyi yığma  Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa ilə birgə gücünü yoxlayacaq.

Avro-2023-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının finalına vəsiqə əldə edəcək.

Oyun cədvəli

2 dekabr 15:00 Polşa – Azərbaycan
3 dekabr 20:00 Azərbaycan – Estoniya
4 dekabr 20:00 Latviya – Azərbaycan
5 dekabr 17:30 Azərbaycan –  Gürcüstan
6 dekabr 17:30 Ukrayna – Azərbaycan


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43