Kipr millisinin baş məşqçisi Yohan Valem Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla sabah keçiriləcək oyun haqda danışıb.
İdmanxeber.az-ın məlumatına görə, o, görüş üçün təşkil edilən mətbuat konfransında bunları deyib:
“Bu, ilk matçdan fərqli olacaq. Monteneqroya qarşı görüşdə müəyyən zəmin yaratdıq. Bəzi müsbət məqamları gördüm. Bu görüş vacibdir. Rəqibə hörmətlə yanaşırıq, amma qalib gəlmək istəyirik. Monteneqroya məğlubiyyətdən (0:2) sonra futbolçuların üzündəki məyusluğu gördüm. Bu, onların qələbəni nə qədər arzuladıqlarından xəbər verir. Azərbaycanla görüşdə kimin meydana çıxacağına sabah qərar verəcəyik”.