Sloveniyanın “Olimpiya” komandasının baş məşqçisi Joao Enrike Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl “TV SLO 2″yə açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis qol buraxmamağa və fərqlənməyə çalışacaqlarını bildirib:
“Azərbaycana qələbə üçün gəlmişik. Hələ heç nə bitməyib. Sonadək açıq oynayıb, irəli getməyə çalışacağıq. Rəqib daim avrokuboklarda çıxış edən və olduqca təcrübəli komandadır”.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq. Səfərdəki ilk matçda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.