Ölkə futbolu

Azərbaycanda avrokubok oyunlarına azarkeş buraxılacaq

Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb. Bu barədə qurumun saytı məlumat yayıb.

Milli assosiasiya COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən ilk olaraq, “Neftçi” Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda qəbul edəcək. İyulun 14-də “Bakcell Arena”da keçiriləcək görüş saat 21:00-da başlanacaq. İyulun 22-də “Qarabağ” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda “Aşdod” ilə  ilk matça çıxacaq. Görüş saat 20:00-da başlanacaq. “Sumqayıt” eyni mərhələdə Serbiya “Çukariçki”si ilə, “Keşlə” isə Rusiya “Soçi”si ilə ev oyunlarını iyulun 29-da keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43