Azərbaycan II Liqa komandalarından “Şahdağ Qusar” yeni mövsmə daha iddialı başlamağı planlaşdırır.
İdmanxeber.az-a daxil olan məlumata görə, bölgə klubunun rəhbərliyi konkret olaraq komandanın qarşısına 2024/2025 mövsümündə I Liqaya vəsiqə qazanmaq hədəfi qoyacaq. Klubun ümumi büdcəsində də artım gözlənilir.
Qusar təmsilçisi daha iddialı heyət formalaşdırmaq üçün indidən transfer çalışmalarına da start verib.
Klub artıq ilk transferinə də yaxındı. Söhbət bir vaxtlar “Qarabağ”, “Xəzər Lənkəran”, “Turan Tovuz” kimi komandalarda top qovmuş Nodar Məmmədovdan gedir. 36 yaşlı müdafiəçi ilə danışıqlar müsbət yekunlaşıb.
Qeyd edək ki, Məmmədovun son iş yeri I liqa təmsilçisi “İmişli” olub.