İdman Araşdırmalar Mərkəzinin Azərbaycanda 2018/2019 mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğuda baş məşqçilərin kimlərə səs verdikləri bəlli olub.
İdmanxeber.a-ın məlumatına görə, sorğuya Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç və Premyer Liqanın 8 komandasına rəhbərlik edən mütəxəssislər qatılıblar. Klublarda çalışan baş məşqçilərdən 3-ü mövsümün futbolçusu seçilən “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudova səs verib.
Əcnəbi futbolçulardan yalnız “Qəbələ”nin legioneri Stiven Monroz baş məşqçilərdən səs alıb. Həmin səs isə “Neftçi”yə rəhbərlik edən Roberto Bordinə məxsusdur.
Səsvermənin başlıca şərtinə əsasən, futbolçular və klubların baş məşqçiləri öz komandalarının üzvlərinə səs verməyiblər:
Nikola Yurçeviç (Azərbaycan milli komandası) – Mahir Mədətov
Qurban Qurbanov (“Qarabağ”) – Emin Mahmudov
Roberto Bordin (“Neftçi”) – Stiven Monroz
Aftandil Hacıyev (“Səbail”) – Mahir Mədətov
Sənan Qurbanov (“Qəbələ”) – Mahir Mədətov
Samir Abasov (“Zirə”) – Emin Mahmudov
Elşad Əhmədov (“Sabah”) – Emin Mahmudov
Ayxan Abbasov (“Sumqayıt”) – Mahir Mədətov
Tərlan Əhmədov (“Keşlə”) – Qara Qarayev
Qeyd edək ki, Emin Mahmudov sorğuda 1 səs fərqi ilə “Qarabağ”ın futbolçusu Abdullah Zubiri qabaqlayıb. Mahmudov 30, Zubir isə 29 səs toplayıb. “Üçlüy”ü 20 səslə “Neftçi”nin digər futbolçusu Baqali Dabo qapayıb.