27 Noyabr 2024
Dünya futbolu

“Azərbaycanda oynamaq mənə çətin idi” – sabiq “Atletiko”lu

“Bakı”nın sabiq futbolçusu Alberto Noquera İspaniya mətbuatına müsahibə verib. Hazırda İspaniyanın “Rasinq” klubunda çıxış edən 29 yaşlı yarımmüdafiəçi ölkəmizdə oynamağın çətin olduğunu bildirib:

“Azərbaycana getməklə bağlı qərar verərkən necə olacağını deyə bilməzdim. Oranın futbolu İspaniyadan tamamilə fərqlənir. Mənə asan olmayacaqdı. Ölkədə müsəlman mədəniyyəti var. Hər şey çox  fərqli idi. Buna görə də mənim üçün uyğunlaşmaq çətin idi”.

İspaniyalı futbolçu “Bakı”da 2013-2014 mövsümündə çıxış edib. O, 2009-2012-ci illərdə “Atletiko”da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43