25 Oktyabr 2024
Ölkə futbolu

Azərbaycanda stadion tikintisi üçün 15 milyon manatlıq müqavilə bağlandı

Gəncə şəhər stadionunun tikintisi üçün 15 milyon manatlıq müqavilə imzalanıb.

İdmanxeber.az “Trend”ə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin elan etdiyi “Gəncə şəhər stadionunun yenidən qurulması üzrə işlərin (birinci mərhələ) satın alınması” tenderinin qalibi “İnşaatçı 3” MMC olub.

Şirkətlə 15 milyon 84 min 799 manat dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhər stadionunun təməlini qoyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43