Kateqoriyasız

Azərbaycanda stadionun adı dəyişdirildi

“Səbail” Peşəkar Futbol Klubunun ev oyunlarını keçirdiyi “Bayıl Arena”nın adı dəyişdirilir.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, stadion fəaliyyətini bundan sonra “ASCO Arena” adı ilə davam etdirəcək.

Bununla bağlı “Səbail” PFK, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) arasında müvafiq razılıq əldə olunub.

Razılaşma ilkin olaraq iki il müddəti əhatə edəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43