Kateqoriyasız

Azərbaycanda VAR bu vaxtda tətbiq olunacaq

Azərbaycan futbolunda VAR-ın tətbiqi martın sonları – aprelin əvvəllərində tətbiq oluna bilər.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik açıqlama verib.

“Hazırda çiplərin gətirilməsi üzərində işlər gedir: Çiplər bizdən asılı olmayaraq, ləngiyir. Çiplərin gətirilməsini 2020-ci il dekabrın ortalarında gözləyirdik. İndi isə 20 fevralda gələcəyini planlaşdırırıq. Hər şey plan üzrə getsə, bu sistemi fevralın sonları – martın əvvəllərində yarada biləcəyik. Mərkəz kimi Bakı Olimpiya Stadionunu nəzərdə tutmuşuq. Avadanlıqlar maşınlarda qurulacaq. VAR Premyer Liqanın 8 klubunun ev oyunlarını keçirdiyi arenalarda, eləcə də Tofiq Bəhramov adına Respublika stadionu və “Dalğa Arena”da tətbiq olunacaq. Yəni, FIFA-nın sertifikasiya etdiyi stadionlardan istifadə oluna bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43