16 Yanvar 2025
Dünya futbolu

“Azərbaycandan təklif almışdım” – “Ayaks”ın yetirməsi

Kiprin “Apollon” klubunun yeni qapıçısı Peter Leuvenberq yerli mətbuata açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı qolkiper bildirib ki, daha bir neçə il yüksək səviyyədə oynamaq istədiyi üçün Limassol təmsilçisini seçib:

“İndoneziya və Azərbaycandan təkliflər almışdım, amma məni razı salmadı. Artıq yaşım 30-a yaxınlaşır. İndoneziyaya getsəydim, bu, mənim son təyinat nöqtəm ola bilərdi. Bundan sonra Avropaya qayıtmaq daha çətindir”.

Niderland “Ayaks”ının yetirməsi olan Peter Leuvenberq bu ölkənin “Dordrext” və “Qroningen” komandalarında da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43