“Qalatasaray”la “Fənərbağça” arasında keçiriləcək Türkiyə Superkubok oyunu Azərbaycanda baş tuta bilər.
İdmanxeber.az “Fotospor” nəşrinə istinadən xəbər verir ki, AFFA bununla bağlı TFF-yə məktub göndərib. Federasiya və “Qalatasaray”la “Fənər”in təklifə yaxın günlərdə cavab verəcəyi bildirilir.
Dekabrın 29-da Səudiyyə Ərəbistanında keçirilməli olan Türkiyə Superkuboku son anda tərəflərin razılığa gələ bilməməsi səbəbindən təxirə gedib.