İdman

Azərbaycanı Avropa Kubokunda 14 cüdoçu təmsil edəcək

Azərbaycanın gənc cüdoçuları Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər.

İdmanxeber.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan oğlanlar arasında 6 çəki dərəsində 14 idmançı ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.

Avropa çempionatında Xəyal Həsənov, Eltun İmranov, Amin İsmayılov (hamısı 60 kq), Rüfət Aydınov, Mehdi Cəfərov, Eltac Yusifli (hamısı 66 kq), Elnur Qasilov (73 kq), Mamed Əzizbekov, Qadir Hüseynov (hər ikisi 81 kq), Aslan Kotsoyev, Davud Namazlı, İsmayıl Zamanov (hamısı 90 kq), Eldar Əliyev, İlkin Baxşaliyev (hər iksi +100 kq) iştirak edəcək.

Qeyd edək ki, iyulun 6-7-də keçiriləcək turnirdə 26 ölkədən 435 idmançı qüvvəsini sınayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43