16 Sentyabr 2024
İdman

Azərbaycanın daha bir idmançısı Paralimpiya çempionu olub

Azərbaycan paraatleti Orxan Aslanov “Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, T13 kateqoriyasında çıxış edən idmançı uzunluğa tullanma yarışında qüvvəsini sınayıb.

O, 7,29 metr məsafə göstərici ilə qızıl medal qazanaraq Paralimpiya çempionu olub.

Bununla da Azərbaycan paralimpiyaçılarının Parisdə qazandığı medalların sayı doqquza (4 qızıl, 2 gümüş və 3 bürünc) çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43