Azərbaycanın futzal üzrə FİFA referisi Əli Cəbrayılov təyinat alıb.
İdmanxeber.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, AVRO-2026-nın əsas mərhələsində fevarlın 1-də keçiriləcək Danimarka – Qazaxıstan matçında 3-cü hakim funksiyasını yerinə yetirəcək.
Birinci və ikinci referi müvafiq olaraq slovaklar – Rastislav Behancin və Martin Matula olacaq. Hakim-inspektor İqor Baboviç (İsveç), UEFA nümayəndəsi Yirki Filppudur (Finlandiya).