26 Dekabr 2024
Kateqoriyasız

Azərbaycanın U-17 millisinin Avropa çempionatındakı rəqibləri məlum olub

Azərbaycanın 17 yaşadək oğlan futbolçulardan ibarət millisinin Avropa çempionatının 2025/2026 mövsümünün birinci mərhələsindəki rəqibləri məlum olub.

İdmanxeber.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 9-cu qrupda yer alan U-17 Fransa, İsrail və Rumıniya yığmaları ilə mübarizə aparacaq.

Birinci mərhələnin oyunları 2025-ci ilin iyul-noyabr ayları aralığında keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43