“Slovakiya ilə görüş qrupda final matçı kimi olacaq. Çox vacib oyundur”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri İsveç millisinin hücumçusu Aleksandr İsak Millətlər Liqasında Slovakiya və Azərbaycanla keçirəcəkləri oyunlarla bağlı danışarkən deyib. O, daha sonra belə davam edib:
“Milli komandaya qayıtmaq həmişə xoşdur. Komandamızda yaxşı harmoniya var. Hamı pozitivdir. Slovakiya və Azərbaycanla keçiriləcək iki vacib oyunu səbirsizliklə gözləyirik”.
İsveç – Azərbaycan oyunu noyabrın 19-da Solnadakı “Strouberri Arena”da keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.