Kateqoriyasız

“Azərbaycanla oyun asan olmayacaq”

komandasının futbolçusu Danilo Pereyra DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Ölkəsinin federasiyasının mətbuat xidmətinə danışan 29 yaşlı yarımmüdafiəçi matçın asan olmayacağını deyib:

“Azərbaycanla oyun asan olmayacaq. Bu mərhələdə rahat oyunlar yoxdu. Mundiala qələbə ilə başlamaq vacibdi. Qarşıdakı üç oyunda məqsədimiz hər birində qələbə qazanmaqdı.

Zəif komanda yoxdu. Yaxşı təşkilatlanmış, əks hücuma çox yaxşı çıxan, müdafiədə və öndə sabit çıxış edən komandalar var. Yaxşı nəticə əldə etmək üçün Azərbaycanı düzgün təhlil etməliyik”.

Sabah İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək Portuqaliya – Azərbaycan matçı saat 23:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43