Rusiyada yaşayan azərbaycanlı boksçu Xancanov Qaroğlan Monteneqroda keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.
İdmanxeber.az-ın məlumatına görə, əslən Zərdab rayonundan olan 17 yaşlı idmançı həm də qitə birinciliyinin ən yaxşı boksçusu seçilib.
O, Avropa çempionatında 5 döyüş keçirib. İlk döyüşündə Azərbaycan Tağı Tağızadəyə qalib gələn Xancanov daha sonra rumıniyalı Lonut Kiriakı üstələyib. 3-cü döyüşündə isə o, erməni əsilli Gürcüstan idmançısı Aram Xrikyanı üstələyib. Yarımfinalda ukraynalı Ruslan Tsykalonu məğlub edən gənc boksçu finalda ermənistanlı Manvei Petrosyandan da üstün olub.