“Spartak”ın azərbaycanlı futbolçusu Ayaz Quliyev UFC üzrə yüngül çəkili çempion Həbib Nurməhəmmədovun Konor Makqreqorla döyüşdən sonra baş verənlərə görə Nevada ştatının Atletika Komissiyası tərəfindən yarışlardan kənarlaşdırılmaına münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi rus idmançıya verilən cəzanın ağır olduğunu söyləyib:
“Təəssüf ki, bu cür sərt qərar qəbul olundu. Belə uzun diskvalifikasiyaya görə şokdayam. Biz hamımız ona görə narahatıq. Hər döyüşündə onu dəstəkləyir və azarkeşlik edirik. Ümidvaram ki, bu cəza Həbibin qələbə ruhuna təsir etməyəcək və o, bir daha kimin ən güclü olduğunu göstərəcək”.