Azərbaycan Kuboku çərçivəsində keçirilən “Göygöl” – “Hypers Quba” oyununda maraqlı anlar yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, rəqib qapısına təyin edilən penaltidən sonra meydan sahiblərinin futbolçusu baş hakim Elvin Bayramovu qucaqlayaraq öpməyə çalışıb. Görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Xatırladaq ki, qarşılaşma Quba təmsilçisinin 3:2 hesablı qələbəsiylə başa çatıb.
Həmin görüntüləri təqdim edirik: