19 Sentyabr 2024
Dünya futbolu

Azərbaycanlı futbolçu Polşa klubu ilə bağladığı müqaviləyə XÜSUSİ BƏND saldırdı

Millimizin futbolçusu Rahil Məmmədov Polşanın yüksək liqa təmsilçisi “Radomyak”la anlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu bu klubla bağladığı 2 illik müqaviləyə xüsusi bənd saldırıb. Əgər komanda 2024/2025 mövsümündə Ekstraklasada yerini qoruya bilməsə və birinci liqaya düşsə, o zaman o, komandanı azad agent kimi tərk edə bilər. Tərəflərin razılığa gəlməsi sonda müqavilənin imzalanması ilə nəticələnib.

Qeyd edək ki, Məmmədov son olaraq elə bu ölkənin “LKS Lodz” klubunda çıxış edib. Komanda aşağı liqaya düşdüyü üçün o, klubu tərk etməli olub. Çünki futbolçu eyni müqavilə şərtləri ilə Lodz təmsilçisi ilə müqavilə imzalamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43