Kateqoriyasız

Azərbaycanlı futbolçu Polşa klubuna keçdi

U 21Azərbaycan millisinin sabiq müdafiəçisi Ricat Qarayev karyerasını Polşada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı oyunçu “Şeçinek” klubuna transfer olunub. O, adıçəkilən komandanın heyətində Polşanın IV liqasında mübarizə aparacaq.

Qeyd edək ki, Ricat Qarayev ölkəmizdə “Şamaxı”, “Sumqayıt”, “Sabah” və “Neftçi”də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43