“Araz Naxçıvan” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan təmsilçisi Polşanın “LKS Lodz” klubunda çıxış edən Rahil Məmmədovun xidmətindən maraqlı olub. Tərəflər arasında bir müddətdi davam edən danışıqlar müsbət yekunlaşmayıb.
Rahil “Araz Naxçıvan”nın təklifini geri çevirib. Azərbaycan klubunun təklif etdiyi şərtlər onu razı salmayıb.
Xatırladaq ki, müdafiəçinin çıxış etdiyi “LKS Lodz” klubu bu mövsüm Polşa çempionatından aşağı liqaya yuvarlanıb. Rahilin komandası ilə 2025-ci ilə qədər müqaviləsi var.
Həsən Quluzadə