Kateqoriyasız

Azərbaycanlı futbolçu Türkiyə klubunda

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin yeni klubu bəlli olub.

26 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyə 1-ci liqasında davam etdirəcək. O, “Keçiörengücü” klubu ilə 3 illik müqavilə imzalayıb. Ankara təmsilçisi son mövsümü 7-ci yerdə başa vurub.

Transferlə bağlı klubun yaxın vaxtlarda açıqlama verəcəyi gözlənilir. Futbolçu özü Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, V.İsgəndərlinin son klubu “Keşlə” olub. Ötən ayın sonu klubla müqaviləsi başa çatdığından o, komandanı tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43