Türkiyə I Liqa klubu “Boluspor”da çıxış edən Vüsal İsgəndərli gələcəyi ilə bağlı qərarını verib. Bolu təmsilçisində forma şansı qazana bilməyən oyunçu komandanı tərk etmir.
O, qış transfer dönəmində özünə gələcək mümkün təklifləri dəyərləndirməyəcək. İsgəndərli mövsümün sonuna qədər “Boluspor”da qalmağa qərar verib.
Futbolçu komandada möhkəmlənib əsas heyətə düşə biləcəyinə inanır.
Komandanın baş məşqçisi Ufuk Kahraman yarımmüdafiəçini oynatmasa da, İsgəndərlinin ayrılmasını istəmir. O, mövsümün ikinci yarısında futbolçunun yenidən forma alacağına inanır.
Bu səbəbdən də millimizin sabiq üzvü klubundan ayrılmaq istəmir.
İdmanxeber.az