Türkiyə I Liqası 20-ci turuna start verilib.
İdmanxeber.az-ın məlumatına görə, azərbaycanlı futbolçular – Sərtan Taşkın və Bəxtiyar Həsənalızadənin komandaları da növbəti matçına çıxacaq. Taşkının formasını geyindiyi “Manisa” doğma meydanda “Erzurumspor”u qəbul edir. Görüş Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.
Həsənalızadənin çıxış etdiyi “Tuzlaspor” isə səfərdə lider “Eyüpspor”un qonağı olub. Bu qarşılaşma isə saat 20:00-da başlayacaq.
Hər iki matç da “TRT SPOR”dan canlı yayımlanacaq.