U-21 millimizin sabiq üzvü, hazırda “Kəpəz”də forma geyinən Nicat Süleymanovun evi qarət olunub.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçinin Abşeron rayonu, Saray qəsəbəsi, Zərifə Əliyeva küçəsində yerləşən həyət evinə oğru girib. Mənzildən qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma aparılır.