Kateqoriyasız

Azərbaycanlı futbolçunun komandası Premyer Liqa ilə vidalaşdı

Rusiya Premyer Liqasını tərk edəcək ilk klub məlum olub.

İdmanxeber.az xəbər verir ki, 28-ci turda “Rostov”a 0:2 hesabıyla uduzan “Tambov”un sona iki tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib.

“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 28 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. “Tambov”da azərbaycanlı futbolçu Azər Əliyev çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43