Dünya futbolu

Azərbaycanlı futbolçunun “Krılya Sovetov”a keçidi rəsmiləşdi

“Spartak”ından ayrılan Aleksandr Səmədovun “Krılya Sovetov”a keçidi gerçəkləşib.

Azərbaycan əsilli yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanıb. Ancaq klub hələlik sözləşmənin müddətini və digər detallarını açıqlamayıb. 34 yaşlı futbolçu yeni komandasında 19 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, milli komandamızın hücumçusu Ramil Şeydayev də “Krılya Sovetov”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43