Türkiyə I Liqa təmsilçisi “Boluspor” azərbaycanlı futbolçu Vüsal İsgəndərlini transfer etmək istəyir.
İdmanxeber.az-a verilən məlumata görə, tərəflər arasında danışıqlar davam etsə də, hələ də razılıq əldə olunmayıb. Buna səbəb İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” klubunun qarşı tərəfdən tələb etdiyi təzminatdır. Türkiyə təmsilçisi Albaniya klubunun istədiyi məbləği aşağı salmağa çalışır.
Xatırladaq ki, Vüsal yayda “Eqnatiya” klubuna transfer olunub. O, klubu ilə 3 illik müqavilə imzalamışdı.