Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 15-də keçiriləcək “Şerif” (Moldova) – “Olimpiya” (Sloveniya) görüşünün hakim-inspektoru olacaq.
İtaliyalı baş hakim Mauritsio Marianinin idarə edəcəyi qarşılaşma Tiraspol şəhərində yerləşən “Şerif Arena”da baş tutacaq.