Kateqoriyasız

Azərbaycanlı referi dünya çempionatının final mərhələsində

Çimərlik futbolu üzrə dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, 24 referinin yer aldığı yekun siyahıda çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədovun da adı var.

DÇ-nin final mərhələsi 19-29 avqust tarixlərində Rusiyada təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43