Premyer Liqa

AZAL-ın rəqibi məlum olub

Milli komandanın oyunu ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən komandalar istifadə etməyə çalışır.


İdmanxeber.com-un məlumatına görə, fasilə ərəfəsində AZAL iki yoxlama oyununda qüvvəsini sınayacaq.


Komanda əvvəlvə noyabrın 13-də həvəskarlar liqasında mübarizə aparan “Liman”ı sınaga çəkəcək. 


Bu görüş “AZAL-Arena”da baş tutacaq. Növbəti oyunda isə rəqib gənclərdən ibarət yıgma olacaq. Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-21-lə görüş noyabrın 15-də Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43