AZAL PFK-nın əvəzedicilərdən ibarət komandasında baş məşqçi dəyişikliyi baş verib. Mehman Babayevlə yolları ayıran rəhbərlik boş qalmış postu Elnur Zeynalova həvalə edib.
İdmanxeber.com-un məlumatına görə, buna qədər AZAL-ın U-19 komandasını çalışdırmış Zeynalov artıq bu gün əvəzediciləri məşqə də çıxarıb.