AZAL hazırlıq prosesinə yanvarın 6-da start verəcək.
İdmanxeber.com-un məlumatına görə, “təyyarəçilər” yanvarın 25-dək paytaxda təlim-məşq toplanışında olacaq.
Tərlan Əhmədovun başçılıq etdiyi komanda bu müddətdə 4 yoxlama matçı keçirəcək. AZAL-ın sınaq matçları ikisi “Sumqayıt”a qarşı keçiriləcək. Bir oyun “Rəvan”la, bir görüş isə “Bakı” ilə olacaq.